Xankəndi Qəhvə və Çay Festivalı
Xankəndinin ruhunu hiss edəcəyiniz bu festivalda hər detal sizin üçün hazırlanıb
Xankəndidə 2 gün tam əyləncə
Sevilən mügənnilər ilə Mədəniyyət proqramı
Festival boyunca Azərbaycanın tanınmış Xalq artistləri və sevilən səhnə nümayəndələrinin iştirakı ilə xüsusi mədəniyyət proqramı təqdim olunacaq.
Canlı performanslar, milli musiqinin zəngin motivləri və müasir ritmlərin harmoniyası qonaqlara unikal atmosfer yaşadacaq. Gün ərzində müxtəlif çıxışlar, səhnə şouları və musiqili proqramlar festival ərazisini daim canlı və enerjili saxlayacaq.
Latifa
Səbinə Ərəbli
Əkbər Əliyev
Səbuhi İbayev
Firuz Səxavət
Anar Şuşalı
Ehtiram Hüseynov
Animatorlar və DJ ilə Əyləncə proqramı
Festival ərazisində animatorlar, interaktiv əyləncə zonaları və peşəkar DJ çıxışları ilə hər yaş qrupu üçün dinamik proqram təşkil ediləcək.
Müasir musiqi, ritm dolu setlər və yüksək enerjili atmosfer iştirakçılara həm istirahət, həm də əyləncə imkanı yaradacaq. Gün boyu davam edən şou proqramları festivalı sadəcə sərgi deyil, tam bir sosial və mədəni təcrübəyə çevirəcək.
Qəhvə qovuran və çay şirkətlərin bir araya gəldiyi yer
Tarixi həftəsonu
Biz Xankəndinin mərkəzində şəhəri canlandıran, milli və beynəlxalq brendləri bir araya gətirən və minlərlə insanı ortaq bir mədəniyyət ətrafında birləşdirən festivala sizi dəvət edirik.
Məşhur qəhvə məkanları
Festival çərçivəsində yerli və beynəlxalq səviyyədə tanınan qəhvə mədəniyyətini təmsil edən müxtəlif məşhur qəhvə məkanları və brendləri bir araya gələcək.
Çay mədəniyyəti
Qəhvə festivalının əsas mövzusu olsa da, çay Azərbaycan mədəniyyətinin ayrılmaz hissəsidir. Çay zonası qəhvəni üstün tutmayan qonaqlara alternativ yaradır və festivalın auditoriyasını genişləndirir.
SİZDƏ GƏLİN
Gəlin, dadları kəşf edək, yeni əlaqələr yaradaq və bu şəhərdə yeni ənənənin başlanğıcına şahidlik edək!
Ünvan
Azərbaycan, Xankəndi şəhəri, Zəfər meydanı
E-poçt
info@flasoft.az
Telefon
+994 10 999 41 76
Tədbir günləri
Cümə, 29 May
Şənbə, 30 May